RU

Qalatasaray afrikalı futbolçuya görə 60 milyon avro xərcləyə bilər

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

"Qalatasaray" qış transfer pəncərəsində Usman Diomandeni heyətinə cəlb edə bilər.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sportinq" kotdivuarlı oyunçu üçün ən azı 60 milyon avroluq təklifləri nəzərdən keçirəcək.

Hazırda futbolçunun sərbəst qalma məbləği 80 milyon avro olaraq müəyyən edilib.

Bildirilib ki, Diomande ötən yay transfer pəncərəsində 55 milyon avro qarşılığında "Kristal Palas"a transfer olunmaq üzrə idi, lakin müqavilə son anda baş tutmayıb.

Qeyd edək ki, gənc müdafiəçinin "Sportinq"lə 2027-ci ilin yayına qədər müqaviləsi var.

"Sportinq"də 109 oyun keçirən Diomande 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
305
25
baku.ws

10Источники