RU

BBC Trampdan üzr istəməyə hazırlaşır

Britaniya Yayım Korporasiyası (BBC) ABŞ prezidenti Donald Trampın çıxışını təhrif etdiyinə görə 1 milyard dollarlıq məhkəmə iddiasından yayınmaq üçün ondan şəxsi üzr istəməyə hazırlaşır.

"Yeni Sabah" "The Times"a istinadən xəbər verir ki, BBC Trampdan şəxsi üzrxahlıq layihəsi hazırlamaq üzərində işləyir. Bundan əvvəl korporasiyanın sədri Samir Şah Amerika liderinin çıxışını redaktə etmək üçün "səhv qərara" görə açıq şəkildə üzr istəyib.

BBC ötən ilin oktyabrında yayımladığı "Panorama" proqramı ilə bağlı qalmaqalın mərkəzində olub. Orada Trampın çıxışı onun ABŞ Konqresinin binasını zəbt etməyə çağırdığına işarə etmək üçün redaktə edilib, əslində isə dövlət başçısı dinc vasitələrlə vətəndaş mövqeyini ifadə etməyin zəruriliyindən danışıb.

Qalmaqal nəticəsində korporasiyanın baş direktoru Tim Deyvi və xəbərlər şöbəsinin rəhbəri Debora Törness istefa verib. Amerika liderinin vəkilləri BBC-dən 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyərək, noyabrın 14-dək proqramı silməsini tələb ediblər.

"Cebheinfo.az"

Избранный
47
1
cebheinfo.az

10Источники