RU

SEPAH: İran raketlərinin uçuş məsafəsini məhdudlaşdırmağı planlaşdırmır...

Fadəvi: Məhdudiyyətlərlə bağlı deyilənlər texniki biliyi olmayanların fikirləridir...

Poliqon xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini, briqada generalı Əli Fadəvi bildirib ki, SEPAH-ın müdafiə imkanları ən qabaqcıl səviyyədədir və bundan sonra da genişlənəcək.

O, SEPAH-ın Hava-Kosmik Qüvvələrində şəhid olanların xatirəsinə həsr olunmuş tədbirdən sonra jurnalistlərə açıqlamasında İran ballistik raketlərinin uçuş məsafəsinin guya məhdudlaşdırılması ilə bağlı iddiaları rədd edib. Fadəvi bu fikirləri “texniki anlayışdan məhrum qeyri-ekspert rəylər” adlandırıb.

General qeyd edib ki, İranın raketlərinin uçuş məsafəsinə dair mövcud çərçivə mərhum imam Xomeyninin müəyyən etdiyi prinsiplərə əsaslanır və bu məsələ SEPAH-ın texniki imkanlarının məhdudlaşdırılması ilə heç bir bağlılığa malik deyil.

Xatırladaq ki, bu həftənin əvvəlində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də bəyan etmişdi ki, ölkənin raket proqramı Qərbi maraqlandıran mövzu deyil və bu kimi iddialar “ABŞ və bəzi Avropa dövlətlərinin hegemon siyasətinin göstəricisidir”.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники