RU

Səfir: Suriya İran və Hizbullahla mübarizədə ABŞ-yə kömək edəcək

BAKI, 13 noyabr. TELEQRAF

Suriya İran və Hizbullahla mübarizədə ABŞ-yə kömək edəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Suriyadakı səfiri Tom Barak bildirib.

Barak sosial mediada Suriya Prezidenti Əhməd əş-Şaranın bu həftə Ağ Evə tarixi səfəri ilə bağlı paylaşım edib.

"Bu səfər Yaxın Şərqin müasir tarixində həlledici dönüş nöqtəsi və Suriyanın təcriddən tərəfdaşlığa keçidində əlamətdar transformasiyadır", - Barak qeyd edib.

Onun sözlərinə görə, Suriyaya sağalmaq üçün real şans verməyin vaxtı çatıb:

"Dəməşq indi İŞİD-in qalıqları, İslam İnqilabı Keşikçiləri Korpusu, HƏMAS, Hizbullah və digər terror şəbəkələri ilə mübarizədə ABŞ-yə fəal kömək edəcək və qlobal sülh səylərində sadiq tərəfdaş kimi çıxış edəcək. Suriyanın İŞİD-ə qarşı mübarizə üçün koalisiyaya qoşulmaq istəyini yüksək qiymətləndiririk. Bütün regionun yenidən qurulması, əməkdaşlıq və sabitlik naminə Suriyanın terrorizm mənbəyindən terrorla mübarizədə tərəfdaşa çevrilməsi mühüm addımdır”.

Избранный
43
1
teleqraf.com

2Источники