RU

Durov barəsində Fransada tətbiq edilən məhkəmə məhdudiyyətləri LƏĞV EDİLDİ

ain.az bildirir, Bizim media portalına istinadən.

Fransa məhkəməsi “Telegram” messencerinin yaradıcısı Pavel Durov barəsində tətbiq olunan məhkəmə nəzarəti tədbirlərini ləğv edib.Bizim.Media xəbər verir ki, bu barədə “France Press” agentliyi məhkəmədən olan mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, Durov Fransa ərazisini tərk etməsini qadağan edən və onu Nitsa şəhərindəki polis şöbəsində mütəmadi qeydiyyatdan keçməyə məcbur edən tədbirlərin aradan qaldırılmasına nail olub.

Agentliyin mənbəsinin sözlərinə görə, sahibkar “məhkəmə nəzarəti şərtlərinə mükəmməl şəkildə əməl edib”.Bundan əvvəl Durov Fransız həbsxanasında saxlanılma şəraitindən danışaraq bildirib ki, onun kamerasında pəncərə olmayıb və yalnız dar çarpayı olub.Xatırladaq ki, 2024-cü ilin avqustunda Durov Parisdəki Le Burje hava limanında saxlanılmışdı.

 

O, “Telegram” vasitəsilə törədilən cinayətlərdə iştirakta ittiham olunmuşdu. Telegram-ın yaradıcısı məhkəmə nəzarətinə götürülmüş və 5 milyon avro girov ödəməyə məcbur edilmişdi.

Bundan əlavə, sahibkara müvəqqəti olaraq Fransa ərazisini tərk etmək qadağan edilmişdi.İyul ayında isə Durova ölkədən çıxmağa icazə verilmişdi.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
bizim.media

2Источники