"ABŞ Prezidenti Donald Trampın az təminatlılara gömrük rüsumlarından dividendlər kimi 2 min dollar ödəmə vədi Konqreslə razılaşdırılmalıdır".
Publika.az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett etiraf edib.
“Bu, qanunvericilik qərarları tələb edəcək”, - deyə Hassett bildirib.
O qeyd edib ki, gömrük rüsumları tətbiq edildikdən sonra büdcədə lazım olan vəsait tapılacaq.
“Bu çekləri ödəmək və büdcəyə müdaxilə etməmək üçün kifayət qədər imkan olacaq”, - deyə Ağ Ev əməkdaşı əlavə edib.