Musavat.com xəbər verir ki, Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.
8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İslandiya millisinin qollarını:
Albert Qyudmyundsson — 20-ci dəqiqə
Sverrir İnqason — 39-cu dəqiqə
vurub.
Qrupun digər görüşündə Fransa – Ukrayna oyunu bu gün saat 23:45-də başlayacaq.
Beş turdan sonra D qrupunda vəziyyət belədir:
Fransa — 10 xal (lider)
İslandiya — 7 xal
Ukrayna — 7 xal
Azərbaycan — 1 xal