RU

Arnar Qunnlauqssodan ETİRAF: “Yaxşı ki, baş hakim penalti vermədi”

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti görüşünü keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İslandiya ilə qarşılaşıb. 8-ci km stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Publika.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Arnar Qunnlauqsson jurnalistlərin suallarını cavablandırıb:

"Çətin oyun oldu. Amma yaxşı nəticə qazandıq. Birinci hissədə komandam yaxşı çıxış etdi və istədiyimizi əldə etdik. Fasilədən sonra Azərbaycan daha yaxşı idi. Amma qapımızdan qol buraxmadıq və lazım olan nəticəni qazandıq".

- Azərbaycan millisi hansı aspektlərdə sizi təəccübləndirə bildi?

- İlk oyunla müqayisədə daha intensiv idilər. Fiziki cəhətdən yaxşı idilər. Hiss olunurdu ki, komanda artırıb. İkinci hissədə başlanğıcı birinci hissədə gözləyirdim. Lakin bəlkə də bu bizim komandamızın ilk hissədəki çıxışı ilə əlaqədardır ki, bunu göstərə bilmədilər. Rəqib 0:2 geri düşdükdən sonra azarkeşləri qarşısında təzyiqi artırdılar. Öz komandam da bunlara yaxşı reaksiya verdi.

Избранный
29
2
publika.az

10Источники