RU

Fransa millisi dünya çempionatının əsasə mərhələsinə vəsiqə qazanıb

Bakı. Trend:

Fransa milli komandası 2026-cı il Dünya Kuboku seçməmərhələsinin beşinci turunda evdə Ukrayna komandasını 4-0 hesabıilə məğlub edərək yarışın final mərhələsinə vəsiqə qazanıb.

Trend-in məlumatına görə, qolları Kilian Mbappe (55 və 83-cüdəqiqə), Maykl Olise (76) və Uqo Ekitiike (88) vurub.

Seçmə mərhələsinin bitməsinə bir tur qalmış Fransa komandasının13 xalı var və D qrupunda birinci yerdədir. İslandiya ikinciyerdədir (7 xal), onun ardınca Ukrayna (7) və Azərbaycan (1)gəlirlər.

Noyabrın 16-da keçiriləcək son turda Fransa komandası səfərdəAzərbaycanla, Ukrayna komandası isə İslandiya ilə qarşılaşacaq.Pley-offa vəsiqə qazanmaq üçün İslandiyaya məğlub olmamaqkifayətdir.

Избранный
48
az.trend.az

1Источники