RU

"AZCON Group” xaricə köçürdüyü 21 500 dollara görə cərimələndi

BAKI, 14 noyabr. TELEQRAF

“AZCON Group of Companies” MMC inzibati məsuliyyətə cəlb edilib.

Teleqraf xəbər verir ki, şirkət xarici tərəfdaş şirkətlərdən birinin hesabına 21 500 ABŞ dolları məbləğində vəsait köçürüb. Lakin həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ödənilən məbləğ geri qaytarılmayıb.

İş materiallarına əsasən, bu hal İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (valyuta tənzimi qaydalarının pozulması- avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən müddətdə malların idxal edilməməsi və ya vəsaitin geri qaytarılmaması) ilə nəzərdə tutulan inzibati xəta kimi qiymətləndirilib.

Qanunvericiliyə görə, belə hallarda vəzifəli şəxslər inzibati xətanın birbaşa obyekti olmuş valyuta vəsaiti məbləğinin 10-20 faizi, hüquqi şəxslər isə həmin məbləğin 20-30 faizi həcmində cərimə edilir.

Məhkəmənin qərarı ilə “AZCON Group of Companies” MMC 21 500 dolların 20 faizi, yəni 4 300 ABŞ dollar məbləğində cərimə olunub.

Избранный
31
teleqraf.com

1Источники