RU

Media: Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır

Azertag saytına istinadən ain.az xəbər verir.

Vaşinqton, 14 noyabr, AZƏRTAC

Pentaqon Venesualaya mümkün hərbi əməliyyatlara hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Bildirir ki, F-35 gizli qırıcı təyyarələri Puerto Rikoda yeni açılan dəniz bazasından missiyalar yerinə yetirir və dəniz piyadaları sahilə eniş məşqləri edir.

ABŞ-ın ən müasir təyyarədaşıyan gəmisinin bir neçə gün ərzində Venesuela sahillərinə çatacağı gözlənilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
2
azertag.az

3Источники