RU

NYT: ABŞ bəzi ölkələrdən idxal olunan məhsulları tariflərdən azad edə bilər

BAKI, 14 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkədə qida məhsullarının bahalaşmasına cavab olaraq mövcud gömrük rüsumlarında geniş istisnalar tətbiq etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məsələ ilə bağlı mənbələrə istinadən yazıb.

Məlumata görə, söhbət xüsusən ABŞ-nin apreldə tətbiq etdiyi cavab rüsumlarının bir hissəsindən gedir. Gözlənilir ki, Vaşinqtonla hələ ticarət sazişi imzalamayan ölkələrdən idxal olunan bəzi ərzaq məhsulları rüsumlardan azad ediləcək.

Həftənin əvvəlində ABŞ maliyyə naziri Skott Bessent bildirmişdi ki, hökumət yaxın günlərdə ölkədə bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən qəhvə və bananın qiymətlərinin azaldılması məqsədilə tədbirlər paketi açıqlayacaq.

Избранный
57
teleqraf.com

1Источники