RU

Serbiya atom enerjisi üzrə araşdırmalara €30 milyon ayırdı

BAKI, 14 noyabr. TELEQRAF

Serbiya atom enerjisinin inkişafı ilə bağlı araşdırmalara 30 milyon avro ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Prezidenti Aleksandar Vuçiç Parisdə Fransa lideri Emmanuel Makronla görüşdən sonra bildirib

O qeyd edib ki, Serbiya atom elektrik stansiyası tikintisi imkanlarını Fransa ilə birlikdə araşdıracaq.

Vuçiç xatırladıb ki, Belqrad daha əvvəl Fransa şirkəti EDF ilə Anlaşma Memorandumu imzalayıb və hazırkı danışıqlar həmin əməkdaşlığın davamıdır. Onun sözlərinə görə, ayrılan 30 milyon avro ilkin texniki-iqtisadi araşdırmalar üçün nəzərdə tutulub.

Serbiya lideri atom enerjisinin ölkənin gələcək enerji balansında həlledici rol oynaya biləcəyini vurğulayıb: “Bu, ən təmiz və ən etibarlı enerji mənbəyidir. Çünki 15 ildən sonra ölkədə kömür resursları tükənəcək. İstəsək də, istəməsək də, elektrik enerjisini başqa üsulla istehsal etməli olacağıq və indidən bunun əsasını qoymalıyıq”.

Избранный
50
teleqraf.com

1Источники