RU

Qonşu ölkə hərəkətə keçdi: Azərbaycan təhlükədədir?

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Xuzistan əyalətində son bir ildə hava çirklənməsindən 1600-dən çox insan ölüb. Qeyd olunub ki, bu ilin oktyabr ayında hava çirkliliyi səbəbindən əyalət xəstəxanalarına 22000 vətəndaş müraciət edib.

Azərbaycanda havanın keyfiyyəti üzrə real vəziyyət nə yerdədir? Bu cür kütləvi sağlamlıq riski ölkəmizdə də yaşana bilərmi? 

Bu barədə Moderator.az-a danışan ekoloq Sadiq Həsənov deyib ki, son dövrlərdə bu hava çirklənməsi ilə bağlı insan ölümləri həddindən artıq artıbdır:

“İran mətbuatında verilən açıqlamaya görə, hava çirklənməsi nəticəsində 48 000 nəfər həyatını itirib. Ümumilikdə, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 7 milyon insan hava çirklənməsinə görə vəfat edir. Bu rəqəmlər göstərir ki, problem kifayət qədər ciddi və geniş miqyaslıdır. Hava çirklənməsinin əsas səbəblərindən biri atmosferin müxtəlif karbohidrogenlər, karbon monoksid, karbon dioksid, kükürd oksidləri və digər ağır metallar ilə çirklənməsidir. Bu çirklənmənin böyük hissəsi yanacağın yandırılması ilə bağlıdır. Dünya üzrə gündə təxminən 100 milyon barel yanacaq yanır və bunun böyük hissəsi avtomobil nəqliyyatında istifadə olunur. Avtomobil nəqliyyatı istənilən şəhər mühitində havanı çirkləndirə bilir, bu səbəbdən də hava çirklənməsində birinci yerdə dayanır. İranın Tehran və digər şəhərlərində, eləcə də Xuzistan vilayətində avtomobil sıxlığı həddindən artıqdır. Səfər edənlər bildirirlər ki, yolları keçmək çətinləşib. İran uzun illər sanksiyalar altında olduğundan texnoloji yenilikləri tətbiq etmək imkanları məhduddur, avtomobil parkı isə əsasən köhnə növ nəqliyyat vasitələrindən ibarətdir. Məsələn, köhnə tipli avtomobillərdə yanacağın yalnız 23 faiz  faydalı işə çevrilir, yəni avtomobilin hərəkətinə yönəlir, qalan hissəsi isə tam yanmayan formada ətraf mühitə buraxılır. Bu səbəbdən İranda köhnə tipli avtomobillərin sayı çox, yanacaq isə ucuz olduğundan havanın çirklənməsi ciddi problemə çevrilib. Xüsusilə şəhərlərdə hava çirklənməsi səviyyəsi çox yüksəkdir. Yanacağın keyfiyyətindən asılı olaraq bu maddələr ətraf mühitə yayılır və uzun müddət 1–2 metr hündürlükdə qalaraq insanların sağlamlığına ciddi zərər verə bilir.İranda hava əsasən isti olduğundan, bu tullantılar günəşin təsiri altında parçalanaraq daha təhlükəli maddələrə çevrilir. Məsələn, karbon monoksid parçalanır, kükürd qazları isə zəhərli birləşmələr əmələ gətirir. Bundan əlavə, azad oksidlər insanın sinir və görmə sisteminə birbaşa təsir edir, hətta çirklənmiş mühitdə birbaşa göz və sinir sisteminin qıcıqlanması hiss edilə bilər. Bu səbəbdən İranda insanların hava çirklənməsi səbəbindən xəstəxanalara müraciət etməsi normal qarşılanmalıdır".

Ölkəmizə təsirləri ilə bağlı danışan ekoloq qeyd edib ki, Azərbaycanda nəqliyyat həcmi həddindən artıq yüksəkdir:

“Ümumilikdə ölkəmizdə hər 1 000 nəfərə düşən avtomobil sayı dünya ortalaması ilə müqayisədə aşağıdır — dünyada bu rəqəm 700–1000 nəfər arasındadırsa, Azərbaycanda təxminən 160–170 nəfər civarındadır. Lakin avtomobillərin böyük əksəriyyəti şəhərlərdə, xüsusilə paytaxt Bakı şəhərində cəmləşdiyi üçün hava çirklənməsi burada ciddi problemə çevrilir. Bir litr benzin yandıqda, dövri cədvəldəki bir çox element ətraf mühitə atılır. Dizel yanacağı isə daha təhlükəli maddələr yaradır. Bu səbəbdən nəqliyyatın hərəkətinin sürətli və nizamlı təmin edilməsi, köhnə avtomobillərin sıradan çıxarılması, yəni utilizasiyası vacibdir. Köhnə nəqliyyat vasitələri yanacaqdan daha çox istifadə edir: normal halda 100 kilometr məsafəyə 7 litr benzin sərf olunursa, köhnə avtomobillərdə bu rəqəm 10 litrədək yüksəlir. Bu da yanacağın tam yanmaması və ətraf mühitin çirklənməsinə səbəb olur, nəticədə insanların sağlamlığı risk altına düşür”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
2
moderator.az

3Источники