RU

Azərbaycanəsilli yazıçının əsəri Hamburqda "İlin kitabı" seçilib

Xaricdə yaşayan azərbaycanəsilli yazıçı Yeganə Cabbarovanın "Ailəmin qadınlarının əlləri yazmaq üçün deyildi" adlı əsəri Almaniyanın Hamburq şəhərində "İlin kitabı" seçilib.
 
Moderator.az xəbər verir ki, Yeganə Cabbarova Azərbaycan ailəsində doğulub, Uralda böyüyüb və Rusiyada dekolonial yazı üslubunu tətbiq edən ilk müəlliflərdən biridir.
 
"Qadınların əlləri" Cabbarovanın ilk nəsr kitabıdır, bundan əvvəl o, poeziya ilə məşğul olub. 2025-ci ildə kitab Vyanada, "Paul Zsolnay" nəşriyyatında almanca nəşr olunub.
Избранный
20
2
moderator.az

3Источники