RU

Kivini qabığını soymadan yeyin!

Sosial mediada “Dr. GI Joe” kimi tanınan qastroenteroloq Cozef Səlhab dünyanın ən faydalı meyvələrindən biri olan kivinin yanlış istehlakı ilə bağlı xəbərdarlıq edib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bir çox insan kivinin qabığını soyaraq onun ən dəyərli hissəsini itirir. “Kivini qabığı ilə yeyin. Qabığında C və E vitaminləri, maqnezium, fol turşusu və B6 vitamini var. Onu soymaqla təxminən 50 faiz lif itirirsiniz,” – deyə o bildirib.

Həkim əlavə edib ki, kivini qabığı ilə yemək bağırsaq sağlamlığını gücləndirir, həzmi yaxşılaşdırır və ürək, qaraciyər fəaliyyətini dəstəkləyir. Həkim həmçinin bu meyvənin melatoninlə zəngin olduğunu, yatmazdan iki saat əvvəl bir-iki kivi yeməyin yuxu keyfiyyətini artırdığını vurğulayıb.

Mütəxəssis xəbərdarlıq edir: “Qabığını yeyən qalib gəlir – çünki faydanın yarısı məhz oradadır” .

Избранный
6
2
konkret.az

3Источники