RU

ABŞ hərbi əməliyyata başladı

ABŞ narkotik kartellərinə qarşı mübarizə aparmaq üçün “Cənubi Nizə” əməliyyatına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ hərbi naziri Pit Heqset "X" səhifəsində yazıb.

“Bu gün “Cənubi Nizə” əməliyyatını elan edirəm. Əməliyyata Mərkəzi və Cənubi Amerika, eləcə də Karib dənizi bölgəsinə cavabdeh olan ABŞ Cənub Komandanlığı, həmçinin bu əməliyyat üçün xüsusi olaraq yaradılmış birgə qüvvələr rəhbərlik edəcək. Bu missiya vətənimizi qorumaq, yarımkürəmizdə narko-terrorçuları aradan qaldırmaq və ölkəmizi əhalimizi öldürən narkotiklərdən qorumaqdır”, - o bildirib.

Избранный
9
1
bakivaxti.az

2Источники