RU

Pit Heqset narkokartellərə qarşı əməliyyatın başladığını elan etdi

ABŞ-nin müdafiə naziri Pit Heqset narkokartellərinə qarşı "Cənub nizəsi" (Southern spear) əməliyyatının başladığını elan edib.

“İki sahil” xəbər verir ki, o bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Bu gün mən "Cənub nizəsi" əməliyyatını elan edirəm", - deyə Heqset yazıb.

O bəyan edib ki, əməliyyata ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı rəhbərlik edəcək. Bu komandanlığın operativ məsuliyyət zonasına Mərkəzi və Cənubi Amerika, Karib regionu, habelə məxsusi olaraq bu əməliyyat yaradılmış birləşmiş qüvvələr daxildir.

"Bu missiya vətənimizi qorumaq, narkoterrorçuları yarımkürəmizdən uzaqlaşdırmaq və əhalini məhv edən narkotiklərdən ölkəmizi qorumaq məqsədi daşıyır", - deyə Heqset əməliyyatın digər təfərrüatını açıqlamadan bildirib.

Daha əvvəl CBS telekanalı məlumat yayıb ki, Heqset və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Ağ Evdə ABŞ Prezidenti Donald Trampa yaxın günlərdə ABŞ hərbi qüvvələri tərəfindən Venesuelaya qarşı tətbiq edilə biləcək güc tədbirləri haqqında məlumat veriblər. Ağ Evin mətbuat katibi Kerolin Livitt noyabrın 12-də jurnalistlər üçün keçirdiyi mütəmadi brifinqində bildirib ki, ABŞ Karib regionunda narkotiklərin daşınmasının qarşısının alınmasına yönəlmiş güc tədbirlərini davam etdirmək niyyətindədir.

Избранный
45
6
ikisahil.az

7Источники