
Almaniya koalisiya hökuməti aylarla davam edən müzakirələrdən sonra ordunun sayının artırılmasını nəzərdə tutan yeni hərbi modelə razılıq verib.
Missiya.Az xəbər verir ki, plan 2035-ci ilə qədər şəxsi heyətin 260 min nəfərə çatdırılmasını hədəfləyir.
Yeni sistemə əsasən, bütün 18 yaşlı kişilərə məcburi, qadınlara isə könüllü sorğu təqdim olunacaq. Məqsəd gənclərin hərbi xidmətə marağını və yararlılığını müəyyənləşdirməkdir.2027-ci ildən etibarən kişilər üçün məcburi tibbi müayinələr tətbiq olunacaq.
Hökumət nəzərdə tutulan əsgər sayına çata bilməsə, məcburi hərbi xidmətin bərpası parlamentdə müzakirəyə çıxarıla bilər.
Sosial sorğular isə gənclərin əksəriyyətinin məcburi xidmətə qarşı olduğunu göstərir.
Seyranə QuliyevaMissiya.Az