RU

“Onlar deyir ki, nə qədər, Tramp hakimiyyətdədir İranı vurmaq lazımdır...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Onlar deyir ki, nə qədər ki, Tramp hakimiyyətdədir  - İranı vurmaq lazımdır...”

“Tramp isə İsrail rəhbərliyinin bu inadının cavabında bildirir ki, mən hakimiyyətə gələndən “8 müharibə dayandırmışam”, ona görə də yeni müharibə başlamağım düzgün deyil...”

“Son vaxtlar İsrailin hərbi və təhlükəsizlik sahələri üzrə yüksək rütbəli şəxsləri öz müsahibələrində belə bir fikri vurğulayırlar ki, nə qədər ki, Tramp hakimiyyətdədir  - İranı vurmaq lazımdır. Bunu da onunla əsaslandırırlar ki, həm Trampdan sonrakı ABŞ iqtidarının bu məsələdə necə mövqe seçəcəyi bəlli deyil, həm də İran uzaqmənzilli raketlərin istehsalını davam etdirirsə, gec-tez İsrailə hücum edəcək. Bundan əlavə, rəsmi Tehranın nüvə bombasına yiyələnə biləcəyini də vurğulayırlar”.

Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov bu fikirləri Moderator.az-a açıqlamasında dilə gətirib.

“Tramp isə İsrail rəhbərliyinin bu inadının cavabında bildirir ki, mən hakimiyyətə gələndən “8 müharibə dayandırmışam”, ona görə də yeni müharibə başlamağım düzgün deyil. Trampın belə mövqeyi İran rəhbərliyində bir az arxayınçılıq yaradıb. Amma digər tərəfdən də, ötən söhbətlərimizdə vurğuladığımız kimi, İranın daxili problemləri, xüsusən sosial-iqtisadi problemlər getdikcə gərginləşir. Artıq 7 milyonluq paytaxt Tehran və 3 milyon yarımlıq Məşhəd şəhərləri içməli su qıtlığı ucbatından təxliyyə olunmaq riski altındadır. Amma haraya və necə? Bir sual da budur”,- deyə sabiq səfir vurğulayıb.

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
1
moderator.az

2Источники