RU

Rusiya DAĞILIR: hava limanları BAĞLANDI, neft terminalı ALOVA BÜRÜNDÜ- CANLIda

Novorossiysk şəhərində Rusiyaya məxsus “Şesxaris” ixrac neft terminalı gecə saatlarında dron hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, Krasnodar diyarının operativ qərargahı obyektin vurulduğunu və yanğın baş verdiyini rəsmi şəkildə təsdiqləyib.

Hücum nəticəsində terminalın sahil infrastrukturu da zədələnib. İlkin məlumatlara görə, gəmi ekipajından üç nəfər yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb və lazım olan tibbi yardım göstərilir.

Hadisə yerində fövqəladə xidmətlər yanğını söndürmək və ziyanı qiymətləndirmək üçün iş aparır.

Noyabrın 14-nə keçən gecə və həmin gün səhər saatlarında Rusiyanın 11 hava limanında təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər qoyulub.

Publika.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artem Korenyako özünün "Telegram" kanalında məlumat verib.

O qeyd edib ki, Gelendjik, Volqoqrad, Penza, Saratov, Tambov, Krasnodar, Kazan, Nijnekamsk, Orenburq, Samara və Ufa hava limanlarında “Xalça” planı tətbiq edilib.

Korenyakonun sözlərinə görə, müvafiq tədbirlər təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün müvəqqəti və zəruri olub.

"Xalça" planı bütün təyyarələr üçün qapalı səma rejimi və havada olan bütün təyyarə və ya helikopterlərin dərhal yerə enməsi və ya təyin olunmuş ərazidən evakuasiya edilməsi əmridir. Bu plan uçuşlar üçün təhlükə yaradan hava şəraitinin qəfil dəyişməsi, başqa dövlətdən gələn təyyarələrin hava məkanını pozması və ya PUA-ların hücumları kimi müxtəlif səbəblərdən aktivləşdirilə bilər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Избранный
47
musavat.com

1Источники