RU

“Ərəb robotlar”ın milli rəqsi sosial şəbəkələrdə GÜNDƏM OLDU – VİDEO

BƏƏ-də robotlar milli rəqs ifa edib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərində keçirilən təqdimatda “ərəb robotları” kimi tanıdılan xüsusi hazırlanmış androidlər səhnəyə çıxaraq milli rəqs nümayiş etdiriblər.

Layihənin məqsədi texnologiya ilə mədəniyyətin birləşdirilməsi və süni intellektin regional identikliklə uyğunlaşdırılmasıdır.

Təqdimat zamanı androidlərin hərəkət dəqiqliyi, ritmə uyğunlaşması və insanlara yaxın davranışları diqqət çəkib.

Tərtibatçılar bildirir ki, bu robotlar həm turizm sektorunda, həm də mədəni tədbirlərdə istifadə oluna bilər.

Onların üz mimikası və jestləri də rəqs elementlərinə uyğunlaşdırılıb.

Sosial şəbəkələrdə görüntülər geniş yayılıb və istifadəçilər layihəni həm innovativ addım, həm də “mədəniyyətin gələcəyi” kimi qiymətləndiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
8
interpress.az

1Источники