RU

Mbappedən 400 cü qol Peledən sonra ikinci oldu

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid” klubunun və Fransa miliisinin hücumçusu Kilian Mbappe klub və milli üçün peşəkar karyerasında 399-cu və 400-cü qollarını vurub.

Yeniavaz.com xəbər verir ki, bununla da o, Peledən sonra karyerasında 400 qol vuran ikinci ən gənc oyunçu olub.

Bu, 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 5-ci turunda, Fransa-Ukrayna (4:0) oyununda baş verib.

Beləliklə, 21-ci əsrdə heç bir futbolçu bu rekorda Mbappedən daha tez çatmayıb.

Mbappe 400-cü qolunu 26, Pele isə 23 yaşında vurub.

Qeyd edək ki, Mbappe klub səviyyəsində “Monako”da 27, “Real Madrid”də 62, PSJ-də 256 qol vurub. Onun Fransa millisində isə 55 qolu var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
yeniavaz.com

2Источники