Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün XocalınınŞuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yolasalınıb.
Trend-inQarabağ bürosu xəbər ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdukəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasənyataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.
Şuşakənd kəndinə 19 ailə - 55 nəfər, Xanyurdu kəndinə isə 12ailə - 34 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəflidövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlhamƏliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevayatəşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edənrəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət diləyiblər.