RU

“İlham Əliyevlə Kopenhagendə elektrik xətlərinin və qaz kəmərinin çəkilməsi məsələsini müzakirə etdik” - Paşinyan

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə “Tramp marşrutu” üzrə ilk olaraq elektrik xətlərinin və qaz kəmərinin çəkilməsi məsələsini müzakirə ediblər.

Missiya.Az xəbər verir ki, bu barədə Paşinyan İrəvanda regional təhlükəsizliklə bağlı konfransda çıxışı zamanı məlumat verib.

“Biz razılaşdıq ki, ən sürətli yol elektrik xətti və qaz xəttinin çəkilməsidir”, - deyə siyasətçi bildirib.

Xatırladaq ki, İlham Əliyev və Nikol Paşinyan arasında Kopenhagendəki görüş oktyabrın 2-də baş tutub.

Daşqın HəsənovMissiya.Az

Избранный
19
missiya.az

1Источники