RU

Ermənistan ABŞ-la “Tramp marşrutu”nun iki icarə variantını müzakirə edir

Ermənistan ABŞ tərəfi ilə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinə dair iki icarə variantını müzakirə edir.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən forumda açıqlayıb. “Bu gün iki icarə variantı müzakirə olunur: 99 illik və 49 illik ssenarilər”, - deyə o bildirib.

İcarə müddətlərinin səbəbini izah edən Paşinyanın sözlərinə görə, layihənin reallaşmasına investisiyalar qoyulacaq. İnvestorun zəmanətləri olmalıdır ki, onun sərmayələri müəyyən güzəştlər şəklində qaytarılacaq.

Forum yerli televiziya kanalları tərəfindən yayımlanıb.

Избранный
27
1
azerbaijan-news.az

2Источники