RU

Asiya İnkişaf Bankı Azərbaycana 5,5 milyard dollarlıq maliyyə dəstəyi göstərib

Asiya İnkişaf Bankı 1999-cu ildən bu günə qədər Azərbaycana 5,5 milyard dollarlıq maliyyə dəstəyi göstərib.

Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.

Qeyd olunub ki, 1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyi göstərib.

Избранный
30
3
musavat.com

4Источники