RU

Ölkəmiz Özbəkistanda Beynəlxalq Konqresdə təmsil olunur

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. Özbəkistan İslam Sivilizasiyası Mərkəzində işinə başlayan konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, tədbir iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzində muzey eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra sənədli film nümayiş etdirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarına müraciəti oxunub.

Konqres daha sonra plenar iclasla davam edib.

Beynəlxalq tədbir noyabrın 15-də başa çatacaq.

Избранный
14
9
sia.az

10Источники