RU

Xalqla hakimiyyət arasında qarşılıqlı etimad

ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

12 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən söylədiyi mühüm fikirlər ölkə idarəçiliyində yeni keyfiyyət mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirdi. Dövlət başçısının “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır” fikri isə bu çıxışın ideya mahiyyətini, milli idarəçilik fəlsəfəmizin əsas prinsiplərini özündə əks etdirir.

Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, məmur xalqın xidmətçisidir. Onun fəaliyyəti təkcə idarəçilik təcrübəsi ilə deyil, eyni zamanda mənəvi keyfiyyətləri, davranışı, xalqla ünsiyyəti, ədalətli və məsuliyyətli münasibəti ilə ölçülür. Təvazökarlıq isə bu xüsusiyyətlərin təməlində dayanan mənəvi dəyərdir. Dövlət başçısının bu çağırışı, əslində, hər bir rəhbərin, icra başçısının və dövlət qurumlarında çalışan məmurun fəaliyyət meyarlarını bir daha xatırladır — səlahiyyət və mövqe heç vaxt xalqdan uzaqlaşmaq üçün deyil, xalqa xidmət üçün verilir. Son illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar – şəffaf idarəçilik, məmur-vətəndaş münasibətlərində yeni yanaşma, yerlərdə ictimai nəzarətin gücləndirilməsi – Prezident İlham Əliyevin rəhbərliyində formalaşan dövlət idarəçiliyi modelinin əsas sütunlarıdır. Bu modelin mərkəzində vətəndaş məmnunluğu dayanır. Məhz buna görə də Prezident tərəfindən vəzifəyə təyin olunan hər bir şəxsə verilən tövsiyələr, əslində, dövlət siyasətinin ideoloji əsasını təşkil edir. Təvazökarlıq, məsuliyyət, dürüstlük və sadəlik — bu keyfiyyətlər vəzifə sahibi üçün ən mühüm mənəvi göstəricilərdir. Cənab Prezidentin bu fikri həm də cəmiyyətə açıq bir mesajdır: Azərbaycan dövləti xalqla bir yerdədir, rəhbər vəzifə daşıyan hər kəs xalqın inamını və etimadını doğrultmaqla məsuliyyət daşıyır. Təvazökar olmaq, xalqın dərdini öz dərdi kimi görmək, hər bir vətəndaşın problemlərinə diqqətlə yanaşmaq – bu, sadəcə etik davranış qaydası deyil, dövlətçilik borcudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə yeni idarəçilik fəlsəfəsi formalaşdırıb – səmimiyyət, şəffaflıq və xidmət fəlsəfəsi. Bu yanaşma həm paytaxtda, həm də regionlarda həyata keçirilən dövlət siyasətinin mahiyyətini təşkil edir. Rəhbər vəzifədə olan hər kəs bu dəyərləri fəaliyyət prinsipi kimi qəbul etməlidir. Çünki vəzifə – imtiyaz deyil, məsuliyyətdir; rəhbərlik – üstünlük deyil, xidmət missiyasıdır. Bu gün Azərbaycan dövləti güclüdür, xalqla hakimiyyət arasında qarşılıqlı etimad və həmrəylik mövcuddur. Bu etimadın qorunması və daha da möhkəmləndirilməsi isə hər bir məmurun öz davranışı, xidməti və şəxsiyyəti ilə bağlıdır.

12 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən söylədiyi fikirlərdən, verdiyi tapşırıq və tövsiyələrdən hər bir məmur ciddi nəticə çıxarmalı, icrasını məsuliyyətlə yerinə yetirməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
yeniazerbaycan.com

1Источники