RU

“Erməni əsirlərin qaytarılması hökumətin gündəmində deyil”– ÖZƏL

Olaylar.az xəbər verir ki, 14 noyabrda Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə "Ermənistan" müxalifət blokunun deputatı Lilit Galstyan bildirib ki, Bakıda guya "səyyar və saxtalaşdırılmış" iddialarla saxlanılan erməni əsirlərin geri qaytarılması məsələsi hazırkı Ermənistan hakimiyyətinin gündəmində yoxdur.

Galstyanın sözlərinə görə, Azərbaycanda saxlanılan əsirlər təzyiqlərə məruz qalır və onların arasında keçmiş Dağlıq Qarabağ Respublikasının hərbi-siyasi rəhbərliyinin nümayəndələri də var. Deputat qeyd edib ki, bu şəxslər "Artsaxın və Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək naminə özlərini qurban veriblər".

Müxalifət təmsilçisi vurğulayıb ki, əsirlərin qaytarılması həm daxili, həm də xarici siyasət üçün prioritet olmalı idi. Lakin hökumət bu mövzunu beynəlxalq platformalarda gündəmə gətirdiyini desə də, real nəticə "sıfır olaraq qalır".

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin bu məsələni görməzdən gəlməsinin bariz nümunəsi Avronest Parlament Assambleyasının payız sessiyasında "Ermənistan" blokunun təqdim etdiyi əsirlərlə bağlı qətnaməyə hökumət nümayəndələrinin qarşı çıxmasıdır. Eyni mövqe daha əvvəl Portuqaliyada keçirilən ATƏT PA iclasında da müşahidə olunub.

Galstyan bildirib ki, hakimiyyət bununla beynəlxalq ictimaiyyətə "Artsaxın hərbi-siyasi rəhbərliyinin və əsirlərin taleyinin Ermənistanın siyasi gündəminə daxil olmadığı" barədə açıq siqnal göndərib. O, bunu "Artsaxdan faktiki imtinadan sonra ən qeyri-etik davranış" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
olaylar.az

1Источники