RU

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç oldu - YENİLƏNİB

Noyabrın 14-də növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb.

Doğma yurda qayıdan ailələr bərpa edilmiş evlərinin açarlarını təhvil alaraq məskunlaşıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata əsasən, bu mərhələdə Şuşakəndə 55 nəfərdən ibarət 19 ailə, Xanyurdu kəndinə isə 12 ailə yəni 34 nəfər köçürülüb. Köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardan ibarətdir.

Şuşakənd və Xanyurduya qayıdan sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xa…

12.15

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.

Qaziler.az Trend-ə istinadən xəbər ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Şuşakənd kəndinə 19 ailə - 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə - 34 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

 

Избранный
20
5
qaziler.az

10Источники