RU

Novorossiyskdən neft nəqli dayandırıldı Rusiya Qara dənizdən neft ixrac edə bilmir

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın boru kəməri inhisarçısı olan “Transneft” şirkəti Novorossiysk limanından neft nəqlini dayandırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Transneft” şirkəti bu məlumatla bağlı şərh verməkdən imtina edib.

“Reuters” isə bildirib ki, Qara dənizdəki Novorossiysk limanı Ukraynanın ötən gecə baş verən PUA hücumundan sonra neftin qəbulunu və ixracını dayandırıb.

Xatırladaq ki, Krasnodar diyarı administrasiyasının rəsmi məlumatına görə, 14 noyabr gecəsi Qara dənizdəki Şesxaris neft daşıma kompleksində neft anbarı və qurudakı qurğular PUA hücumu nəticəsində zərər görüb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
azpolitika.info

1Источники