RU

Bu islahat müəllimi məcbur etmir, əksinə, rəqabətli və yüksək göstəriciyə söykənən bir sistem qurur Ekspert

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Elm və təhsil naziri tərəfindən irəli sürülən yeni modelin mahiyyəti çox aydındır. Müəllimi məktəbə bağlamaq, onun əməyinə real qiymət vermək və peşəni maddi–mənəvi baxımdan daha cəlbedici etmək. Bu islahat müəllimi məcbur etmir, əksinə, könüllü, rəqabətli və yüksək göstəriciyə söykənən bir sistem qurur. Dünyanın inkişaf etmiş təhsil sistemlərində müəllim statusunu müəyyən edən əsas mexanizmlər də məhz budur”.

Bunu 525.az-a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu gün etiraz edənlərin 99 faizinin maraqlandığı yalnız maaşdır. Heç kim “Bu model şagirdə nə verəcək?”, “Təhsilin keyfiyyəti necə artacaq?”, “Uşaqlar niyə oxuduğunu anlamır?” suallarını vermir. Halbuki problem məhz buradadır. Ümumilikdə nəticəmiz Afrikanın ən zəif ölkələrindən aşağıdırsa, PISA-da şagirdlərimizin 60 faizi oxu-anlama bacarığını yerinə yetirə bilmirsə, 9–11-ci sinif buraxılış imtahanlarında yüz minlərlə şagird 0–100 bal çərçivəsində ilişib qalırsa, deməli, “maaş soruşmaq”la yanaşı, təhsil nəticəsi barədə düşünmək də lazımdır. Müəllim ən yüksək əməkhaqqına da layiqdir, ən yüksək sosial təminata da - bunun mübahisəsi yoxdur. Amma bir həqiqət də var. Finlandiya maaşı tələb edirsənsə, Finlandiya səviyyəsində nəticə də verməlisən. Bizdə isə maaş “Finlandiya” deyil, amma nəticə də heç “SoMali standartı” səviyyəsində deyil:

«Kimi arqument gətirir ki, şəhər məktəblərində şərait var, kənd məktəbləri soyuqdur, avadanlıq yoxdur, əlavə iş saatı necə olsun?” Amma bu arqument islahatın özünü yanlış göstərmir. Əksinə, problemin illərlə yığılan infrastruktur boşluğunda olduğunu sübut edir. Yeni model həmin boşluğu ölçmək, inventarlaşdırmaq və resursu ehtiyaca uyğun bölmək üçün yaradılıb. Əvvəlki “saat yığma” sistemi buna imkan vermirdi: məktəb nə qədər dərs saatı yazırdısa, maliyyə də o qədər gedirdi. Zəif məktəblərin ehtiyacı statistikada belə görünmürdü. Yeni sistem isə iş vaxtına əsaslanan maliyyələşmə ilə region məktəbləsinə üstünlük verir — çünki müəllimi məktəbdə saxlayan da, məktəbin resurs planlamasını dəyişən də məhz bu modeldir. Məsələ çox sadədir.  Əgər biz müəllimin nüfuzunu qaldırmaq istəyiriksə, müəllim də məktəbə və sistemə bağlılığını göstərməlidir. Əgər biz nəticə istəyiriksə, bu modelə keçməliyik. Əgər biz inkişaf etmiş ölkələrdən nümunə gətiririksə, onda həmin ölkələrin bizdə olmayan hissələrini də görməliyik”. 

Sevinc QARAYEVA

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
525.az

1Источники