RU

Ermənistan XİN: "Yeni imkanlar açılacaq"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Zəngəzur dəhlizinin - "Tramp marşrutu"nun yeni imkanlar açacağını bəyan edib.

Mirzoyan Gürcüstanın xarici işlər naziri Mako Boçorişvili ilə görüşü zamanı ABŞ Prezidentinin iştirakı ilə İrəvanla Bakı arasında əldə edilmiş sülh prosesinin bütün bölgənin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib. O, həmin dəhlizin əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni imkanlar açacağını, ölkələr arasında əlaqələri bərpa edəcəyini qeyd edib.

Mirzoyan deyib: "Bu yol Cənubi Qafqazın üç ölkəsinin hamısında sülh və sabitlik üçün güclü təməl yaradacaq".

Hürr Tərcüman

 

Избранный
32
2
hurriyyet.az

3Источники