RU

Politoloq: Ermənistanda hökumətə qarşı daxili təzyiqlər güclənir

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Hazırda Ermənistan daxilində hökumətə qarşı ciddi təzyiqlər müşahidə olunur. Bunun səbəbi demokratlara məxsus müxtəlif qrupların hökuməti gözdən salmaq və 2026-cı il parlament seçkilərində daha əlverişli zəmin yaratmağa çalışmalarıdır. Hökumət isə bu vəziyyəti yaxşı başa düşür və müxtəlif vaxtlarda çıxışlar edərək mövqeyini möhkəmləndirməyə çalışır".Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.O, bildirib ki, paradla bağlı səsləndirilən fikirlər hökumətin sülh təşəbbüslərini ön plana çıxarmaq və cəmiyyətdən dəstək qazanmaq məqsədilə irəli sürülüb:"Paşinyan sülh təşəbbüsləri ilə müəyyən uğurlar əldə edərək, cəmiyyətin dəstəyini qazanmağa çalışıb və buna nail olub. 2026-cı il parlament seçkilərinə qədər bu prosesin daha da genişlənəcəyi proqnozlaşdırılır. Hökumətin əlində müəyyən təsir imkanları var. Kilisəyə qarşı atılan radikal addımlar və revanşistlərlə bağlı hökumətin qətiyyətli mövqeyi göstərir ki, seçkilərə qədər daha ciddi tədbirlər görülə bilər".Ekspert bildirib ki, Ermənistanın sülh prosesi ilə bağlı atdığı addımlar və əldə etdiyi nailiyyətlər bəzi məsələlərin, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı problemlərin həllini əhatə etmir:"Ermənistan Vaşinqton bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı şərtləri qəbul edib, amma texniki problemləri əsas gətirərək prosesi ləngidir. Bu, sülh prosesinə uyğun yanaşma deyil və üçüncü qüvvələrə hökumətə qarşı arqumentlər vermiş olur".Onun sözlərinə görə, yaxın dönəmdə Ermənistanda vəziyyətin daha gərginləşməsi mümkündür:"Hökumət isə sülh prosesinə sadiq qalmalı və üzərinə götürdüyü addımları hər hansı siyasi təsir olmadan, tam şəffaf şəkildə həyata keçirməlidir".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
demokrat.az

1Источники