RU

Ermənistan ordusunda "rus piramidası" - TƏHLİL

“Silahlı Qüvvələrimizin rəhbərliyinin yarısı qarabağlıdır. Ordunu qarabağlılar idarə edir. Əgər biz onlara etibar etməsək, necə onları ən məsul vəzifələrə təyin edə bilərdik?”

Bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin parlamentdə verib.

Baş nazir vurğulayıb ki, ordunun “bütün yuxarı komanda piramidasında” ən kritik vəzifələr məhz “qarabağlı” kadrlara həvalə olunub.

Paşinyanın bu dedikləri həm statistik, həm də praktik baxımdan doğru görünsə də, daha çox daxili auiditoriyaya hesablanmış, iç sosial-siyasi gərginliyi və “Mülki Müqavilə” hökumətinə qarşı sistematik təzyiqləri yumşalmağa yönəlmiş bəyanatdır.

Məlum olduğu kimi, Nikol Paşinyan Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qəti və tarixi qələbədən sonra Ermənistandakı revanşist qüvvələr tərəfindən “təslimçi” və “satqın” kimi qələmə verir. İndi Nikol belə bir açıqlama ilə diqqəti ona yönəldir ki, Ermənistan ordusunun ən kritik postlarında “əslən” Qarabağdan olan zabit və generallar oturub, lakin onlara heç kim “xəyanətkar” damğası vurmur. Bununla Paşinyan ünvanına səslənən ittihamların siyasi manipulyasiya olmasını vurğulamaq istəyir. İttihamları opponentlərinin özünə qaytarmaq Paşinyan üçün ənənəvi ritorikadır, lakin bu ritorika Ermənistan ordusunun məğlub, fərari və fərsiz məzmununu dəyişmir.

Məsələyə fərqli bir rakursdan da baxaq.

Əgər Ermənistan ordusunun elitasının yarısı Azərbaycanın Qarabağ bölgəsində dünyaya gəlibsə və ya “əslən” Qarabağdandırsa, deməli, onlar Ermənistanın üzləşdiyi strateji məğlubiyyətdə də əsas pay sahibləridirlər. 44 günlük müharibə Ermənistan ordusunun nizamsızlığını üzə çıxardı, fərarilik tarixində erməniləri birinci yerə yüksəltdi. Bu gün Ermənistanda hərbiçilərlə bağlı müxtəlif məhkəmə istintaqları aparılır. Bu proseslərdən mediaya sızan məlumatlar göstərir ki, İkinci Qarabağ savaşında erməni ordusu həm mənəvi-psixoloji, həm də əmr-komanda və koordinasiya böhranı yaşayıb. Strateji planlarının və rus texnikalarının işə yaramadığı savaşda ən “elit” erməni bölmələri belə cəbhənin heç bir istiqamətində Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilməyib. Müharibədən sonra erməni toplumu öz ordusuna demək olar ki, etibar etmir.

Bu etimadsızlığın çoxsaylı səbəbləri arasında bir mühüm amil də var və hazırda mən diqqəti məhz ona çəkmək istəyirəm.

Nikol Paşinyanın bəhs etdiyi “Ermənistan ordusunun piramidasındakı qarabağlılar” Rusiyanın tipik hərbi kolonudur.

Ermənistan ordusunda “Qarabağ klanı”nın yüksəlişi, heç şübhəsiz, Azərbaycanla savaşa bağlıdır. 1991-1994-cü illərdə Qarabağda gedən döyüşlərə iştirak edən yerli gənclər məqsədli şəkildə peşəkar hərbi sahəyə- Rusiyada təhsilə yönləndirilirdi. Bu, bir tərəfdən işğalçı Ermənistan ordusunun Qarabağ motivasiyasını təmin etmək məqsədi daşıyırdısa, digər tərəfdən də heç bir sosial-iqtisadi perspektivi olmayan “Artsax”da azsaylı karyera qurmaq imkanlarından biri idi. Lakin əsas səbəb Rusiyanın Ermənistandakı hərbi qüvvələrinə paralel olaraq bir də Qarabağda “erməni hərbi hissələr”qurmaq istəyi idi.

İki bioqrafiyaya baxaq.

Избранный
24
aznews.az

1Источники