RU

Zəngəzurdan ərazi verilməsi müzakirə edilir: 49 illik və ya… Paşinyan

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə mərhələdə həyata keçirilməsi planlaşdırılan “Tramp yolu” layihəsini təqdim edib.

Turkustan.az xəbər verir ki, bu barədə Paşinyan özü danışıb.

O qeyd edib ki, plan neft və qaz kəmərlərinin tikintisi də daxil olmaqla, dəmir yolu əlaqələrinin və boru kəmərlərinin yaradılmasını nəzərdə tutub.

Paşinyanın sözlərinə görə, Ermənistan ABŞ-la torpaq istifadəsi üçün iki variant müzakirə edir: ərazi 49 və ya 99 illik müddətə verilə bilər. Baş nazir vurğulayıb ki, torpaq verilmə şərtləri birbaşa investisiya gəlirliliyindən asılıdır.

“İnvestor öz sərmayəsindən gəlir əldə edəcəyinə əmin olmalıdır. Əgər torpaq yalnız 5 illik verilərsə, heç kim sərmayə qoymağa cəsarət etməz, çünki bu, maliyyə baxımından səmərəsizdir,” – Paşinyan bildirib.

O həmçinin deyib ki, müzakirələr siyasi sahə ilə bağlı deyil, yalnız maliyyə və iqtisadi xarakterlidir./Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
icma.az

2Источники