UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona”da izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iticket.az saytında onlayn şəkildə satışa çıxarılıb.
Msport.az xəbər verir ki, biletlərin qiyməti 110 manat təşkil edir. Vauçerləri ilkin olaraq iticket.az-dan əldə etmək mümkün olacaq. Oyun gününə qədər isə bilet sifariş zamanı göstərilən e-mail ünvanına iticket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
“Qarabağ” azarkeşləri üçün “Stadio Diego Armando Maradona”da 2480 yer ayrılıb. Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə olacaq.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-da Bakı vaxtı ilə 00:00-da keçiriləcək.