RU

“Rusiya terroruna “Neptun”la cavab verməyimiz ədalətlidir” – Zelenski  

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyadakı hədəflərə qarşı “Uzun Neptun” kimi tanınan R-360 “Neptun” qanadlı raketinin uzaqmənzilli modifikasiyasından uğurla istifadə etdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında yazıb.

“Bu gecə döyüşçülərimiz Rusiya ərazisindəki konkret hədəflərə qarşı “Uzun Neptun” raketlərindən uğurla istifadə etdilər və bu, davam edən Rusiya terroruna bizim tamamilə ədalətli cavabımızdır. Ukrayna raketləri faktiki olaraq hər ay daha nəzərəçarpan və dəqiq nəticələr verir”, – deyə Zelenski vurğulayıb.

Prezident ölkəsinin raket proqramı üzərində işləyən və Ukraynaya dəqiqliyi və uzaq məsafəni verən hər kəsə minnətdarlıq edib.

Xatirə SADİQ

Избранный
34
nocomment.az

1Источники