RU

Paşinyandan xalqa mühüm çağırış: Daha müharibə olmayacaq

Baş nazir Nikol Paşinyan parlamentdə büdcə layihəsinə həsr olunmuş çıxışı zamanı deyib ki, Ermənistanın xarici borcu silah alışı səbəbindən artıb.

“Bizi qınayırlar ki, borc niyə 8 milyard dollara qədər artıb, biz bu vəsaitlə nə etmişik? Danışmaq istəmirdim, amma deyəcəyəm: silah aldıq. Kredit vəsaitləri ilə? Bəli, kredit vəsaitləri ilə, çünki bizə dərhal çox silah lazım idi”, - o vurğulayıb.

Erməni baş nazir bununla nə demək istəyir?

kenan.jpg

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, bu, əslində kifayət qədər ciddi və məzmunlu açıqlamadır:

“Çox güman ki, Paşinyan bununla həm daxili, həm də xarici auditoriyaya mesaj vermək istəyib. O, sadəcə müxalifətə cavab verməklə kifayətlənməyib. Həm də müharibəyə qarşı olduğunu, dolayısı ilə sülh istədiyini bildirib. Paşinyan həm daxili, həm də xarici auditoriyaya, o cümlədən onu buna təhrik edənlərə demək istəyir ki, daha müharibə istəmir. Beləliklə, baş nazir həm də öz mövqeyini əsaslandırır. O, revanşist kəsimi də inandırmaq istəyir ki, savaşa ehtiyac yoxdur. Çünki bu, xalqa baha başa gəlir.

Məncə, Ermənistan iqtidarı sülhdə səmimidir. Gələn il yekun sülh sazişinin imzalanması gözlənilir. Bu, Ermənistan konstitusiyasına müvafiq dəyişiklikdən sonra olacaq.

Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək. Yəqin ki, konstitusiya dəyişikliyi seçkilərdən sonra baş verəcək. Seçkilərə qədər olsa, müxalifət bundan istifadə edəcək və Paşinyanın “əli zəifləyəcək”. Fikrimcə, Bakı da bunu anlayır və təmkinli davranır. Paşinyan o zamana qədər xalqı sülhə hazırlayacaq, ictimai rəydə dəyişiklik etməyə çalışacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Избранный
19
musavat.com

1Источники