RU

Prezidentin çıxışında Ramiz Mehdiyev izi: gizlinlər üzə çıxır – Yığılan pulların həcmi…

Noyabrın 12-də Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edərkən ölkədə məmur özbaşınalığı və korrupsiya ilə bağlı ciddi narahatlıqlarını gündəmə gətirib. Bildirib ki, illər boyu bəzi yüksək vəzifəli şəxslər aşağı ranqlı məmurlara qanunsuz göstərişlər verib, büdcə vəsaitlərinin talanmasına şərait yaradıb və böyük həcmdə vəsaitlərə nəzarəti ələ alıblar. Bu sistem təkcə korrupsiya ilə məhdudlaşmayıb, böyük məbləğlərə nəzarət edən şəxslərin dövlət üçün təhlükəyə çevrilməsi riski də yaranıb. Ramiz Mehdiyevin hadisəsində bunun izləri açıq görünür. Bildirilir ki, böyük vəsait olmasa, heç bir məmur dövlət quruluşunu dəyişmək kimi avantüraya cəhd etməzdi.

Bəs illər ərzində oğurlanmış, qeyri-rəsmi kanallarla toplanmış “qara pullar”ın həcmi nə qədərdir? Azərbaycanda bu gizli dövriyyə barədə təxmini hesablamalar varmı?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Prezident son qəbulunda həm yeni təyin olunan, həm də hazırda vəzifə daşıyan bütün məmurlara ciddi xəbərdarlıq edib:

“Ölkə başçısı qanunsuz varlanma niyyətinin hansı ağır nəticələrə səbəb olduğunu xatırladıb. Prezidentin bu xəbərdarlıqları artıq real praktikada da təsdiqini tapıb. Bir çox mərkəzi, yerli icra hakimiyyəti rəhbərləri, eləcə də digər vəzifəli şəxslər korrupsiya və digər qanunsuz əməllərə görə məsuliyyətə cəlb ediliblər. Dövlət uzun müddət ərzində yetişdirdiyi kadrın cinayət məsuliyyətinə cəlb olunmasında maraqlı deyil. Çünki bir kadrın hazırlanmasına həm vaxt, həm də vəsait sərf olunur. Lakin bu, qanunsuz əməllərə görə cəzasızlıq demək deyil. Əgər faktlar məhkəmədə sübut olunursa, həmin şəxsin əmlakı müsadirə olunur və dövlət büdcəsinə keçirilir. Amma illər ərzində müxtəlif yollarla formalaşmış gizli dövriyyənin təxmini miqdarı barədə rəsmi və ya qeyri-rəsmi hesablama mövcud deyil”.

Prezidentin

Xəyal Bəşirov

Hüquqşünas qeyd edib ki, qanunsuz varlanma və korrupsiya ilə bağlı məsələlər Cinayət Məcəlləsinin 33-cü fəslində, 308-ci maddədən 314-cü maddəyə qədərki hissəni əhatə edir:

“Bu fəsildə vəzifə səlahiyyətlərinin aşılması, sui-istifadə, səhlənkarlıq, vəzifə saxtakarlığı, rüşvət alma və satınalma qaydalarının pozulması kimi cinayətlər, o cümlədən onlara görə nəzərdə tutulan ağır cəzalar göstərilir. Bu cinayətlərin bir hissəsi ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və uzunmüddətli azadlıqdan məhrumetmə ilə nəticələnir. Belə halların hər birində məmurlar şəxsi maraqlarını dövlətin və vətəndaşların maraqlarından üstün tutaraq qanunsuz addımlar atırlar. Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlar və həyata keçirilən antikorrupsiya tədbirləri göstərir ki, bu mübarizə davamlı xarakter daşıyır”.

Избранный
7
2
turkustan.az

3Источники