RU

Vətəndaşla hesablaşmayan məmur üçün artıq heç bir bəhanə yoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çıxışı ölkəmizin dövlət idarəçiliyində keyfiyyət dəyişikliyinə yönəlmiş yeni mərhələnin başlanğıcıdır. Bu, təkcə təyinatlar deyil, bu, bir çağırışdır! Xalqla arasında məsafə qoyan, kabinetlərə qapanan, vətəndaşla hesablaşmayan məmur üçün artıq heç bir bəhanə yoxdur.
Cənab Prezidentin açıq mesajı ortadadır. Məmur xalqın içində olmalıdır, xalqa xidmət etməlidir, bu xalqı yuxarıdan aşağıya yox, hörmətlə, diqqətlə dinləməlidir. Korrupsiyaya qarşı barışmaz mövqe bir daha göstərildi. Dövlət etimadını doğrultmayan heç bir məmura güzəşt yoxdur və olmayacaq!
Bu, yeni nəsil idarəçiliyin başlanğıcıdır. Artıq nəinki təcrübə, həm də vicdan, məsuliyyət və xalq sevgisi ilə işləyən kadrlar irəli çəkilir. Mərkəzdə olduğu kimi regionlarda da idarəetmədə şəffaflıq, hesabatlılıq, səmərəlilik əsas prinsip kimi tətbiq olunur. Cənab Prezidentin “xalqın məmuru olmalısınız” fikri bu gün hər bir məmurun fəaliyyət şüarına çevrilməlidir. Əgər bir məmur xalqdan uzaqdırsa, demək, dövlətin hədəfindən də uzaqdır. Cənab Prezident xalqla bir yerdədir, o zaman hər kəs də xalqla bir yerdə olmalıdır!
Yeni təyinat alan nümayəndələr və icra başçıları bu etimadı sözlə deyil, əməllə doğrultmalıdırlar. Bu vəzifələr post deyil, bu xalq qarşısında öhdəlikdir. Biz də millət vəkilləri olaraq bu dəyişikliklərin arxasındayıq, cənab Prezidentimizin siyasi xəttini dəstəkləyirik.
Qarşıda böyük işlər, ciddi məsuliyyətlər var. Dövlətimizin gücü onun vətəndaşına olan münasibəti ilə ölçülür. Biz güclü dövləti və güclü vətəndaşı bir yerdə görmək istəyirik, bunu isə birlikdə bacaracağıq!

Fatma YILDIRIM,

Milli Məclisin üzvü

Избранный
7
aznews.az

1Источники