RU

Türkiyə polisi Azərbaycanın yardımı ilə irimiqyaslı ƏMƏLİYYAT KEÇİRDİ - VİDEO

Türkiyə Daxili İşlər Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə məşğul olan 5 beynəlxalq cinayətkar qrupa qarşı irimiqyaslı əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, Azərbaycanın da daxil olduğu 11 ölkənin hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə 138 nəfər saxlanılıb.

Əməliyyat İstanbul və 22 vilayətdə keçirilib. 15 milyard lirə dəyərində əmlak, o cümlədən 18 tondan çox narkotik və 1,29 milyon həb müsadirə edilib.

 Musavat.com

Избранный
15
1
musavat.com

2Источники