RU

PFL Karvan Yevlax ın Yevlaxda oynamasına icazə verdi RƏSMİ

Fanat saytına istinadən ain.az xəbər verir.

Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı "Karvan-Yevlax" klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib.

Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. 

Bildirilib ki, bu müddət ərzində PFL tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.

4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.

Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir. Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsini nəzərə alaraq bildiririk ki, "Karvan-Yevlax" klubu Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz"lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
14
fanat.az

10Источники