RU

“Zelenski korrupsioner deyil” – Andrey Yermak

Ukrayna Prezident Ofisinin (PO) rəhbəri Andrey Yermak ölkə başçısı Vladimir Zelenskinin energetika sahəsində korrupsiya sxemləri ilə heç bir əlaqəsi olmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Yermak bunu “Axel Springer Global Reporters Network”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Zelenski “çox prinsipial insandır” və “korrupsioner deyil”, ona görə də prezident şübhələrdən kənar olmalıdır.

Yermak qeyd edib ki, məhz Zelenski “korrupsiyaya qarşı mübarizə elan edib”, “tamamilə azad araşdırmalara” icazə verib, bu da antikorrupsiya orqanlarının müstəqilliyini və səmərəliliyini sübut edib.

Amma PO rəhbəri güman edir ki, “bəzi siyasi qüvvələr Ukrayna rəhbərliyini gözdən salmaq üçün antikorrupsiya araşdırmalarından istifadə edirlər”.

O, həmçinin bildirib ki, nüfuza xələl gətirən əsassız ittihamlar hər kəsin başına gələ bilər, ona görə də nəticə çıxarmaqdan əvvəl məhkəmə qərarlarını və istintaqın nəticələrini gözləmək lazımdır.

Xatirə SADİQ

Избранный
21
10
nocomment.az

10Источники