RU

“Alfa” Rusiyanın ikinci ən böyük neft ixracı limanını partlatdı

BAKI, 14 noyabr. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlıları, Baş Hərbi Kəşfiyyat İdarəsi, Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələri, Dövlət Sərhəd Xidməti, Hərbi Dəniz Qüvvələrinin sahil raket-artilleriya qoşunları və Müdafiə Qüvvələrinin digər bölmələri ilə birlikdə Rusiyanın Krasnodar vilayətində yerləşən Novorossiysk dəniz limanının neft terminalına zərbələrin endirilməsi üzrə xüsusi əməliyyat həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xüsusi əməliyyatın gecə saatlarında reallaşdığı bildirilib. Qeyd edilib ki, bu liman Rusiyada neft ixracının həcminə görə ikinci ən böyük mərkəzdir və Qara dəniz vasitəsilə neft məhsullarının ixracı üçün mühüm logistika qovşağıdır.

Hücum nəticəsində körpülərdəki neft doldurma estakadaları, boru kəməri infrastrukturu və nasos qurğuları zədələnib. Hücumdan sonra neft terminalında başlayan yanğın davam edir.

Həmçinin vurğulanıb ki, Novorossiyskdə 1537 saylı hərbi hissənin ərazisində yerləşən S-300 və S-400 zenit-raket komplekslərinin mövqelərinə dəqiq zərbə endirilməsi təsdiqlənib. Zərbələrdən sonra güclü partlayış baş verib.

Избранный
41
1
teleqraf.com

2Источники