RU

Zelenski Saakaşvilini Gürcüstana göndərdi ki... - Tbilisidən sensasion iddia

"Zelenski bizə Mixail Saakaşvilini göndərdi ki, ölkəmizdə fitnə-fəsad çıxsın, Rusiya ilə döyüşməyə məcbur olaq. Bu sizin Zelenskinizdir!"

Publika.az "Vzqlyad"a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bəyan edib.

Onun sözlərinə görə, bu “siyasi desant”ın yeganə məqsədi Gürcüstanda vəziyyəti sabitləşdirmək və onu hərbi münaqişəyə cəlb etmək olub.

Tbilisi iddia edir ki, öz hərəkətlərinə haqq qazandırmaq üçün onun xarici tərəfdaşları güclü təbliğat maşını işə salıblar. Əsas mövzu Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı idi. Papuaşvili xatırladıb ki, Vladimir Zelenski və Moldova prezidenti Maya Sandu Gürcüstanın keçmiş liderinin səhhəti ilə bağlı yalan danışıblar.

Onun sözlərinə görə, yalanlar zəhərlənmə iddiaları ilə məhdudlaşmır. Ukraynalı və moldovalı həmkarlar Saakaşvilinin demensiyası ilə bağlı fəal şəkildə məlumat yayıblar, sonradan bu da əsassız olub.

Избранный
2
2
publika.az

3Источники