RU

Madurodan ABŞ xalqına çağırış “Müharibəyə qarşı birləşin”

Bakupost saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın Qərb yarımkürəsində narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədilə “Güney Mızrağı” əməliyyatına başladığını açıqlaması Karib hövzəsində yeni gərginlik yaradıb. Vaşinqtonun bölgədəki hərbi aktivliyini “imperialist təhdid” adlandıran Venesuela rəhbərliyi, mümkün hücumla bağlı narahatlığın artdığını bildirir.

Bakupost.az xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro Karakasda gənclərlə keçirilən mitinqdə jurnalistlərin suallarını cavablandırıb. Maduro “CNN” müxbirinin mümkün ABŞ hücumundan narahat olub-olmadığı barədə sualına, “Biz xalqa, sülhlə idarə etməyə və bu gənclərin quracaqlarına fokuslanırıq”, – deyə cavab verib.Venesuela prezidenti ABŞ xalqına mesajında “Qitənin sülhü üçün birləşin. Daha bitməyən, ədalətsiz müharibələr olmasın. Daha çox Liviya, daha çox Əfqanıstan olmasın”, – ifadələrini səsləndirib. Donald Trampa mesajının olub-olmadığı sualına Maduro ingiliscə “Yes peace, yes peace” deyib.ABŞ son üç ayda “narkotik qaçaqmalçılığı ilə mübarizə” adı altında təxminən 15 min hərbi qulluqçusunu Karib dənizində yerləşdirib. Dünyanın ən böyük aviadaşıyıcısı “USS Gerald R. Ford” da daxil olmaqla çoxsaylı hərbi gəmilər hazırda Venesuela sahillərinə yaxın ərazilərdə gözləyir. Vaşinqtonun 1989-cu il Panama əməliyyatından sonra ilk dəfə bu miqyasda hərbi gücü bir yerə cəmləməsi bölgədə gərginliyi daha da artırıb.İndiyə qədər ən azı 20 əməliyyat keçirən ABŞ, narkotik qaçaqmalçılığına qarışdığını iddia etdiyi 80 nəfəri zərərsizləşdirdiyini bildirir. Ağ Ev Maduro hökumətini kartellərlə əməkdaşlıqda ittiham edir. Venesuela isə bu iddiaları rədd edir və Vaşinqtonun ölkədə çevriliş planlaşdırdığını iddia edir. ABŞ Prezidenti Donald Tramp ötən ay Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada əməliyyatlar aparmaqla bağlı göstəriş verdiyini açıqlamışdı.

Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
www.bakupost.az

1Источники