RU

Erməni deputatdan sərt ittiham: “Hökumət əsirlər (cinayətkar) məsələsini gündəmdən çıxarıb”

Ermənistanın müxalifət düşərgəsində Bakıda saxlanılan erməni cinayətkarlarla bağlı hökumətə qarşı narazılıq kəskinləşir.

Musavat.com xəbər verir ki, müxalif “Hayastan” blokunun deputatı Lilit Qalstyan hakimiyyətin bu mövzuda qeyri-ciddi davranış sərgilədiyini bildirib.

Qalstyanın sözlərinə görə, həm daxili siyasətdə, həm də xarici platformalarda əsirlərin (cinayətkar) qaytarılması məsələsi Ermənistan üçün əsas prioritet olmalı idi, lakin rəsmi İrəvanın fəaliyyəti nəticə vermir:

“Hökumət müxtəlif beynəlxalq qurumlarda bu məsələni qaldırdıqlarını deyir, amma nəticə sıfırdır.”

Deputat əlavə edib ki, hakimiyyətin gerçək mövqeyini “Avronest” Parlament Assambleyasının payız sessiyasında müxalifət fraksiyası “Hayastan” tərəfindən təqdim olunan əsirlər (cinayətkar) haqqında qətnaməyə qarşı səs vermələri açıq şəkildə göstərir.

Qalstyan vurğulayıb ki, rəsmi İrəvanın bu addımı hökumətin əsirlər (cinayətkar) məsələsini prioritet hesab etmədiyini sübut edir.

Избранный
18
musavat.com

1Источники