RU

Kavelaşvili: Bakı və İrəvan arasında sülh regionun cəlbediciliyini artıracaq

Azərbaycan və Ermənistan arasında sülh prosesinin başa çatması Cənubi Qafqazın inkişaf trayektoriyasını keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və regionun ümumi cəlbediciliyini artıracaq.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Mən vurğuladım ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır. Həmçinin ümidvar olduğumu bildirdim ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan saziş imzalayacaq, bununla da Cənubi Qafqazın müsbət inkişaf trayektoriyasını keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və regionun ümumi cəlbediciliyini artıracaq", - M.Kavelaşvili yazıb.

O bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını daim dəstəkləməyə davam edir və lazım gələrsə, bundan sonra da töhfə verməyə hazırdır.

Избранный
6
1
aznews.az

2Источники